COP29

“Biz istərdik ki, matçlardan birini uduzsunlar, lakin buna təsirimiz yoxdur"

29 Aprel 15:20 İngiltərə 422
“Biz istərdik ki, matçlardan birini uduzsunlar, lakin buna təsirimiz yoxdur"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 35-ci turunda “Nottingem Forest”i məğlub etdikdən (2:0) sonra titul uğrunda mübarizədən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Arsenal”ı məğlub etməli olduqlarını deyib:

“Biz istərdik ki, “Arsenal” matçlarından birini uduzsun, lakin buna təsirimiz yoxdur. Dörd matç qalıb və “Mançester Siti” onlarda qalib gəlməlidir.

“Arsenal” xal itirməyə bilər, ancaq bizə yalnız qələbə lazımdır”.

Hazırda “Mançester Siti” 79 xalla lider “Arsenal”dan bir xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti