"O, hələ də dünya səviyyəli oyunçu ola bilməyib, hələ görəcəyi işlər var"

12 Aprel 20:00 İngiltərə 779
"O, hələ də dünya səviyyəli oyunçu ola bilməyib, hələ görəcəyi işlər var"

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “Mançester Siti”nin hücumçusu Erlinq Halandın çıxışı ilə bağlı fikirlərini bölüşüb .

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Erlinq Haland lüks futbolçudur. O, şübhəsiz ki, dünyanın ən çox qol vuran oyunçularından biridir.

Lakin o, hələ də dünya səviyyəli oyunçu ola bilməyib. Həqiqətən, dünya səviyyəli oyunçu olmaq üçün sadəcə bir deyil, bir neçə əsas xüsusiyyətə sahib olmalısız.

Son 20 ilin ən yaxşı Premyer Liqa hücumçularını düşünün: Tyerri Anri, Luis Suares və ya Harri Keyn. Onlar qol vursalar da, vurmasalar da, ən böyük oyunlara böyük təsir göstəriblər.

Onların hamısı dünyanın istənilən komandasında oynaya bilər və təsirli qol faizindən daha çox töhfə verə bilər.

Bütövlükdə, Haland hələ bu hücumçuların səviyyəsinə çatmayıb. Yüksək keyfiyyətli mərkəz müdafiəçilərinə qarşı keçirdiyi son üç matçı təsdiqləyir ki, cərimə meydançasındakı bütün parlaqlığına baxmayaraq, hələ də görəcəyi işlər var”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU