Komandadan ayrılmaq istəyir - Məşqə gəlmədi

4 Avqust 2021 00:28 İngiltərə 438
Komandadan ayrılmaq istəyir - Məşqə gəlmədi

“Tottenhem”dən ayrılmaq istəyən Harri Keyn komandanın dünənki məşqinə qatılmayıb.

Sportinfo.az xəbər verir ki, ingilis hücumçunun istirahəti bitib və o, kluba gələrək koronavirus testi verməli və məşqə qatılmalı idi.

Lakin Keyn məşqə gəlməyib.

“Tottenhem” rəhbərliyi 28 yaşlı hücumçunu bu hərəkətinə görə cəzalandırmağı düşünür.

İngiltərə mətbuatının xəbərinə görə, Keyn “Tottenhem”dən ayrılmaq istəyir və bu səbəbdən komandanın məşqinə qatılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti