"Ona heykəl qoyun, əsəbləri dəmir kimi olan texnikalı futbolçudur"

28 İyul 2021 00:00 İngiltərə 570
"Ona heykəl qoyun, əsəbləri dəmir kimi olan texnikalı futbolçudur"

“Real”ın sabiq futbolçusu Roberto Karlos “Çelsi”nin yarımmüdafiəçisi Jorjino haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Karlos onun oyununu yüksək qiymətləndirib. Braziliyalı “Çelsi” azarkeşlərinə tövsiyə də verib:

“Ən böyük klublar da Jorjino kimi futbolçunun yoxluğunu hiss edər, hətta Braziliya yığması da. O, əsəbləri dəmir kimi olan texnikalı futbolçudur.

Bütün situasiyalarda ən optimal yolu müəyyənləşdirmək bacarığına sahibdir. Üstəlik, əla mövqe seçə bildiyi üçün yaxşı mübarizə də aparır.

Jorjino həm “Çelsi”də, həm də yığmada nəticə verir. “Çelsi”nin fanatları Avropa və Çempionlar Liqasındakı qələbələrdən sonra ona heykəl qoymalıdırlar”.

Digər Xəbərlər
Xəbər Lenti