Ermənistan ordusunda özbaşınalığı əks etdirən ŞOK VİDEO yayıldı

26 Oktyabr 2020 21:20 Hadisə 1 048
Ermənistan ordusunda özbaşınalığı əks etdirən ŞOK VİDEO yayıldı

Ermənistan ordusunda özbaşınalığı, nizam-intizamın itdiyini,ərzaq çatışmazlığını və əsgərlərin döyüş mövqelərini özbaşına tərk etdiyini əks etdirən videogörüntülər yayılıb.

Sportinfo.az xəbər verir ki, görüntüləri ermənilər paylaşıblar.

Belə ki, görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib: “Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir.

Üç gündür yağışın altında, nə yemək var, nə də adam var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?