"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi hansı xəstəlikdən dünyasını dəyişdi?

26 Oktyabr 2024 11:00 Hadisə 2 756
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi hansı xəstəlikdən dünyasını dəyişdi?

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

Mütəxəssis 52 yaşında dünyasını dəyişib.

E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran"ın əsas və əvəzedici komandasının və "Sumqayıt-2"nin baş məşqçi vəzifələrində çalışıb.

Onun son iş yeri "İrəvan" olub. 2023-cü ilin yayında I Liqanın debütantı ilə anlaşan çalışdırıcı burada cəmi 2 ay çalışıb.

Klub rəhbərliyi tərəfindən aldadılan Məmmədov komandanın maaşlarının ödənilməməsinə etiraz əlaməti olaraq düşərgəni tərk edib.

2012-2016-cı illərdə "Xəzər Lənkəran"da işləmiş məşqçi son illərdə müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

O, illər öncə ürəyindən ağır əməliyyat olunmuşdu. Həmin əməliyyatın pulunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ödəməsi də məlumdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!