Bu xəbər "Qarabağ"da olanları sevindirəcək - 5 milyonluq təklif

26 Dekabr 2024 01:50 Hadisə 9 163
Bu xəbər "Qarabağ"da olanları sevindirəcək - 5 milyonluq təklif

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində növbəti turdakı rəqibi olan FKSB kapitanı ilə yollarını ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, söhbət hücumameyilli yarımmüdafiəçi Darius Olarudan gedir.

Bu barədə Rumıniyanın “Fanatik” nəşri məlumat yayıb.

FKSB-nin sahibi Gigi Bekalinin sözlərinə görə, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan və ona görə kluba 5 milyon avro təklif edən klublar var.

Bekalinin bu təklifdən razı qaldığı üçün sövdələşmənin baş tutacağı gözlənilir. Olaru bu mövsüm bütün turnirlər daxil olmaqla 15 qol vurub və paytaxt təmsilçisinin əsas oyunçularından hesab edilir.

“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!