Yolunu kəsdilər, hədə-qorxu gəlib, qarət etdilər - Silahlı hücuma məruz qaldı

22:00 Hadisə 63
Yolunu kəsdilər, hədə-qorxu gəlib, qarət etdilər - Silahlı hücuma məruz qaldı

“Portu”nun müdafiəçisi Yan Bednarek Portuqaliyada silahlı hücumun qurbanı olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Polşalı futbolçu ailəsi ilə restoranda şam yeməyindən sonra evinə qayıdarkən, üç nəfərdən ibarət cinayətkar dəstə tərəfindən saxlanılıb.

Cinayətkarlar ona və ailəsinə bıçaqla hədə-qorxu gəliblər.

Soyğunçular təxminən 150 min avro dəyərində zinət əşyaları və iki ədəd “Rolex” saatı ələ keçiriblər.

Polis hadisə ilə bağlı araşdırma aparır, ancaq hələlik şübhəlilər müəyyən edilməyib. Xoşbəxtlikdən, insident zamanı heç kim fiziki xəsarət almayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti