Avrokuboklara vəsiqə qazanan Azərbaycan klubu fəaliyyətini dayandırdı - FOTO

00:50 Hadisə 71
Avrokuboklara vəsiqə qazanan Azərbaycan klubu fəaliyyətini dayandırdı - FOTO

Minifutbol çempionatında mübarizə aparmış "Sumqayıt" fəaliyyətini dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib:

"Maliyyə problemləri və sponsor dəstəyinin olmaması səbəbindən Sumqayıt Minifutbol Klubu fəaliyyətini dayandırır.

Klubumuz Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, maddi çətinliklər səbəbindən turnirdə iştirakdan imtina etməli oldu.

8 illik fəaliyyətimiz boyunca Sumqayıtı layiqincə təmsil etdik, minifutbola futbolçular yetişdirdik, böyük ailəyə çevrildik və ölkənin ən güclü klublarından biri olduq.

Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov, ən uğurlu və sonuncu baş məşqçisi isə Nicat Məhərrəmov olmuşdur.

Son kapitanlarımız:
• Emil Abbaszadə
• İmaməli Nağıyev
• Süleyman Piriyev
• Çingiz Həziyev

Bu illər ərzində klubumuz üçün əziyyət çəkən bütün futbolçulara, məşqçilərə və işçi heyətinə sonsuz təşəkkür edirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti