Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, dünən Bakı Tennis Akademiyasında təşkil olunan və gərgin mübarizə şəraitində keçən final görüşündə SOCAR “Azərişıq” komandasına 5:0 hesabı ilə qalib gələrək ilk dəfə bu turnirin qalibi olub və kuboka sahib çıxıb.
“Azərişıq” ikinci, Ədliyyə Nazirliyinin komandası isə üçüncü yeri tutub.
Bundan əlavə, SOCAR komandasının təmsilçisi Elnur Hüseynov turnirin “Ən yaxşı oyunçusu” nominasiyasının qalibi adını qazanıb.
SOCAR komandası finala gedən yolda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandası ilə 1:1 hesablı bərabərə qalıb. Digər bütün qarşılaşmaları isə qələbə ilə başa vurub:
Dövlət Reklam Agentliyini 7:1, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni 6:5, Səhiyyə Nazirliyini 4:0, Heydər Əliyev Mərkəzini 8:2, Əqli Mülkiyyət Agentliyini 16:2, Dənizkənarı Bulvar İdarəsini 11:2, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini 10:1, Gənclər və İdman Nazirliyini 3:0, “Azərişıq” ASC-ni 4:2, Dövlət Statistika Komitəsini 8:2, Vəkillər Kollegiyasını 3:1, KOBİA-nı 3:1, dörddəbir final mərhələsində Fövqəladə Hallar Nazirliyini 2:0, yarımfinalda isə Baş Prokurorluğun komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

