“Karvan”ın avtobusundakı “amerikanskıy” ab-havaya baxın - VİDEO

28 Fevral 22:20 Hadisə 718
“Karvan”ın avtobusundakı “amerikanskıy” ab-havaya baxın - VİDEO

Möcüzə baş verməsə, cari mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən komanda “Karvan-Yevlax” olacaq.

Bölgə təmsilçisi məğlubiyyətləri sıralayır, heç cür özünə gələ bilmir.

Kollektivdəki intizamsızlığı görmək üçün ayrı-ayrı futbolçuların oyunlardakı əməllərinə diqqət yetirmək kifayətdir. Biri əvəzetmə zamanı meydanı tərk etmir, digəri erkən əvəzetməyə görə əlindəki su qabını yerə çırpır, bir başqası zədələndiyini deyib birbaşa paltardəyişmə otağına yollanır.

Lakin bu, heç də bütün futbolçulara aid deyil.

Elə oyunçular var ki, müsbət əhval-ruhiyyədədir. “Karvan-Yevlax”ın sonuncu pillədə yer almasına görə kefini pozmur. Əksinə, heç nə olmamış kimi davranır.

Aşağıdakı video komandanın avtobusunda çəkilib. Mahnı oxuyan zədə səbəbindən yevlaxlılara lazımınca kömək edə bilməyən Coy-Slayd Mikelsdir.

Videonu telefonunun yaddaşına köçürməklə Mikelsə dəstək verən isə komandanın təcrübəli yerli futbolçularından biridir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!