“Elə bir komanda yoxdur ki, orada gərginlik olmasın”.
Bu sözləri Sportinfo.az-a açıqlamasımda “Karvan”ın legioneri Qavi Tompson deyib.
Sanki Yevlaxda oynamaq futbolçularda məsuliyyətdən doğan əlavə gərginlik yaradır.
Nigeriyalı yarımmüdafiəçi bu haqda nə düşünür? Onu dinləyək:
“Bir yerdə ki udmaq və uduzmaq var, orada gərginliyin olması normaldır. Bir qələbə qazansaq, davamı gələcək və növbəti dəfə fərqli suallar verəcəksiz.
“Karvan”ın çempionatda qalmaq şansı az deyil. Biz bunun üçün yenə də mübarizə aparacağıq”.

