Bakıda şirkətdə ölüm hadisəsi baş verib.
Olay fevralın 25-də Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində yerləşən “Hünər Qrup” MMC-də qeydə alınıb.
Orada işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Səfərov üzərinə elektrik barabanının düşməsi nəticəsində ölüb.
Adıçəkilən şirkət Ehtiram Quliyevə aiddir o isə 2023-cü ilin martından bəri «Turan Tovuz»un İdarə Heyətinin sədridir.
İş adamı belə hadisəylə ilk dəfə üzləşmir. Təqribən 2 il öncə Tovuzda yaşanan olayı xatırlayaq.
Həmin vaxt «Turan»ın yaşlı əməkdaşlarından birinin stadlionda iş gördüyü əsnada halı pisləşib və elə oradaca dünyasını dəyişib.
Sonra ictimaiyyətə məlum oldu ki, həmin şəxs klubun mətbuat katibi Süleyman Tağıyevin dayısıdır. O, ürək xəstəsi imiş və xeyli müddətdir müalicə alırmış.
SPORTİNFO.AZ

