Dünya Kuboku ləğv edildi - Ölkədəki iğtişaşlar səbəbindən

00:20 Hadisə 76
Dünya Kuboku ləğv edildi - Ölkədəki iğtişaşlar səbəbindən

Meksikada keçirilən Dünya Kubokunun mərhələsi iğtişaşlar səbəbindən ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bu haqda Beynəlxalq Su İdmanı Federasiyası (Dünya Su İdmanları Federasiyası) bəyanat yayıb.

“Bu qərar Zapopan və Xalisko ştatında vəziyyətin hərtərəfli risk qiymətləndirilməsinin nəticəsidir. Bütün Dünya Su İdmanı iştirakçılarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, - təşkilatın bəyanatında deyilir.

Qeyd edək ki, martın 5-dən 8-dək Zapopanda suya tullanma üzrə Dünya Kuboku mərhələsinin keçirilməsi planlaşdırılırdı.

Fevralın 22-si Meksikada “Xaliskonun yeni nəsli” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -