Azərbaycanda ŞOK! Oyuna başqa komandaların və nömrəsi olmayan formalarıyla gəldilər

26 Fevral 22:40 Hadisə 113
Azərbaycanda ŞOK! Oyuna başqa komandaların və nömrəsi olmayan formalarıyla gəldilər

AFFA İntizam Komitəsi “İmişli”ni cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə komitənin bu gün açıqlanan qərarında bildirilib.

Qərarda qeyd edilib ki, 22 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən “İmişli” PFK - “Hacıqabul” (Şərq) oyununda “İmişli” PFK meydana başqa komandaların formaları və nömrəsi olmayan formalar ilə gəlib.

Bu səbəbdən “İmişli” PFK 500 AZN məbləğində cərimə edilib. Kluba bu halın növbəti dəfə təkrarlanacağı halda yarışdan (U-13 - red.) kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -