Premyer Liqanın yeni klubu baş məşqçini saxlayacaqmı?

25 Fevral 23:20 Hadisə 262
Premyer Liqanın yeni klubu baş məşqçini saxlayacaqmı?

«İmişli»nin baş məşqçisi Dorj Kaşkilya, böyük ehtimalla, növbəti sezonu da Azərbaycanda keçirəcək.

Premyer Liqanın debütantı portuqaliyalı mütəxəssisin fəaliyyətindən razıdır və onunla işbirliyini davam etdirməkdə maraqlıdır.

Onunla bu yöndə aparılan danışıqlar yaxşı gedir - avropalı çalışdırıcı müqavilə müddətini daha 1 il uzatmağa həvəslidir.

Nə üçün də olmasın? Aranlılar elitada ilk mövsümünü keçirsə də, yaxşı təsir bağışlayır.

Gözlənilənlərin əksinə olaraq, komanda 21 tur ərzində kifayət qədər çox - 20 xal toplayıb və liqada yerini qoruyacağı şübhə doğurmur.

İmişlilər son sıradakı «Karvan»ı 14 xal qabaqlayır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!