“Azərbaycandan ayrıldıqdan sonra bir neçə təklif və tövsiyə aldım".
Sportinfo.az xəbər bu barədə Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş Portuqaliyanın "Bola na Rede" nəşrinə müsahibəsində deyib.
71 yaşlı mütəxəssis 2025-ci ilin sentyabrında AFFA tərəfində istefaya göndırilib. O, həmin vaxtdan sonra müxtəlif variantlarının olduğunu bildirib.
“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif və tövsiyə aldım. Bu günə qədər bu və ya digər səbəbdən onların heç biri reallaşmayıb.
Lakin mən hələ də yeni təkliflərə açığam. Səudiyyə Ərəbistanı liqası danılmaz keyfiyyətə və beynəlxalq tanınmaya malik real bir liqadır.
Təbii ki, adım ətrafında müxtəlif söz-söhbətlər dolaşır və mən bir neçə təklif də almışam. Amma hazırda onların haradan gəldiyini deməməliyəm”,- deyə Santuş bildirib.

