Azərbaycandakı stadionda bu hadisə də baş verdi - Həmin VİDEO burada!

14:00 Hadisə 189
Azərbaycandakı stadionda bu hadisə də baş verdi - Həmin VİDEO burada!

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının XXI turunda “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Şamaxı”nı qəbul edib (0:0).

Matçdan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov maraqlı iddia ilə çıxış edib.

Burada futbol oynamağa necə icazə verildiyini anlamadığını deyib. O bildirib ki, meydançadakı iki qarıdan biri normadan 11 sm hündür imiş:

“Məncə, meydançalarla bağlı hər şey deyilib. Sadəcə, sevindirici haldır ki, bir problemi də biz həll etdik.

Sən demə, futbol qapılarının biri digərindən 11 sm hündür imiş. Bu gün xeyrimiz dəydi ki, qapılar nəhayət standart oldu. Onu düzəltdilər“.

Saytımız sözügedən hadisəyə dair görüntüləri əldə edib. Aşağıda təqdim etdiyimiz kadrlar qarşılaşmanın start fitindən bir qədər öncə çəkilib.

Buradan aydın olur ki, qapı xəttinin üzərinə bir xeyli torpaq tökülüb və stadionun əməkdaşı ayağıya onu tapdalayaraq bərkitməyə çalışır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti