Bakıda 4 qol vuran “Nyukasl”ın hücumçusu Bakıda kiminlə mübahisə edib?

12:40 Hadisə 179
Bakıda 4 qol vuran “Nyukasl”ın hücumçusu Bakıda kiminlə mübahisə edib?

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ" - "Nyukasl" matçının (1:6) ilk hissəsindən sonra İngiltərə komandasının iki oyunçusu arasında ciddi gərginlik yaranıb.

Onları bir-birindən ayırmaq üçün yoldaşları araya girib.

Sportinfo.az xəbər verir ki, dörd qol vuran Entoni Qordonla kapitan Kieran Trippyer arasında mübahisə yaranıb.

Britaniya mediasının məlumatına görə, mübahisə əlbəyaxa davaya çevrilmək təhlükəsi ilə üzləşib.

Bildirilir ki, gərginliyə səbəb kapitanın Qordonun ikinci penaltint vurmasına qarşı çıxmasıdır. O isə buna məhəl qoymayıb və 11 metrlik cərimə zərbəsini özü yerinə yetirib.

Trippyer isə penaltinin Nik Voltemadanın vurmasını istəyirmiş. Penalti vurulmazdan əvvəl o, alman hücumçuya şans verməyə çağırıb və Qordonun artıq het-trik etdiyini xatırladıb.

Lakin Qordon penalti vurmaqda israr edib və bu kapitanı qəzəbləndirib.

Oyunçular soyunma-otağına gedərkən Trippyer şikayətlərini bildirib və ona barmağını yelləyib. Qordon da qəzəbli şəkildə jestlərlə cavab verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti