“Qarabağ”ın Bakıdakı matınçda ingilis şərhçilərdən fərqli yayım üslubu diqqət çəkdi - VİDEO

02:50 Hadisə 55
“Qarabağ”ın Bakıdakı matınçda ingilis şərhçilərdən fərqli yayım üslubu diqqət çəkdi - VİDEO

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşmasını şərh edən ingilis jurnalistlər sosial şəbəkələrdə yayılan görüntülərlə müzakirə mövzusuna çevrilib.

Sportinfo.az xəbər verir ki, kadrlarda şərhçilərin qeydləri elektron qurğularla deyil, əlyazma formasında apardıqları görünür.

Bundan əlavə, onların uzun illərdir ənənə halını alan xüsusi mikrofonlardan istifadə etməsi diqqət çəkib.

Həmin mikrofonlar Azərbaycan şərhçilərinin əsasən qulaqcığa birləşdirilmiş sistemdən fərqlənir və səs ötürülməsinin daha keyfiyyətli olduğu vurğulanır.

Sosial şəbəkə istifadəçiləri bu detalı peşəkar yayım standartlarının fərqli nümunəsi kimi qiymətləndiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"