Davada bıçaqlanan futbolçu: “Onları ayırmaq istəyəndə zərbələr mənə dəydi”

01:10 Hadisə 111
Davada bıçaqlanan futbolçu: “Onları ayırmaq istəyəndə zərbələr mənə dəydi”

“Mən mübahisə edən iki tərəfi ayırmaq istəyəndə bıçaq zərbələri mənə dəydi. Hadisə yazıldığı kimi də olub”.

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında “Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev deyib.

Yarımmüdafiəçi onu bıçaqlayan şəxsi əvvəlcədən tanımadığını da bildirib:

“Heç bir əlaqəm olmayıb, adamı tanımırdım. Yanımdakı dostum da futbolçudur (V.Rzayevin yanındakı “Şəki Siti”nin futbolçusu Nihat Fərəci olub)”.

V.Rzayev hazırda vəziyyətinin yaxşı olduğunu da sözlərinə əlavə edib:

“Hazırda vəziyyətim yaxşıdır. Evdəyəm və sağalıram. Bir müddət bərpa getməlidir, yaralar sağalmalıdır.

15-20 gün ərzində həkimlərin dediyinə görə məşqlərə qayıdacam. Hazırda hərəkət edirəm, amma ağır nəsə olmaz. Yavaş-yavaş tam qaydasına düşəcək”.

Veysəl Rzayev fevralın 3-də mübahisə zəminində bıçaqlanıb. Hadisəni törədən şəxs poilis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"