Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarı qüvvədə saxlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bölgə təmsilçisi apellyasiya şikayəti versə də, AFFA İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.
13.09.2025-ci il tarixində Premyer Liqada IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

