Sumqayıtda hadisə - Gənc oğlan idman zalında vəfat etdi

31 Oktyabr 2025 01:50 Hadisə 812
Sumqayıtda hadisə - Gənc oğlan idman zalında vəfat etdi

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

Sportinfo.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM