Azərbaycanda belə bir meydança var…
Gördüyünüz bu görüntülər Quton dağından çəkilib.
Həmin bu dağ Zaqatala-Balakən bölgəsində yerləşir.
«Stadion» yerli gənclər tərəfindən salınıb. Onlarda futbol sevgisi o qədər güclüdür, boş vaxtlarında uzun məsafə qət edərək, dağ yolu ilə zirvəyə qalxaraq, burada top arxasınca düşürlər.
Həvəsə bax! Doğrudan da, çox böyük hadisədir. Kənd ərazisində düz yer tapmayıb da, dağın başında belə bir meydança düzəltmək futbola təbii məhəbbətdir.
Quton Azərbaycan Respublikası (Balakən və Zaqatala rayonları) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşən dağdır. Cənub yamacları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.
Dağ Baş Qafqaz silsiləsi silsiləsində yerləşir. Hündürlüyü 3648 m-dir.
Samurçay və Katexçay çayları Quton dağın yamaclarından başlayır. Dağda subalp və alp çəmənlikləri var, dağın zirvəsi qayalıqdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

