Azərbaycanda çempion oldu, “Barselona”nın ulduzları ilə görüşə yollandı

14:00 Hadisə 497
Azərbaycanda çempion oldu, “Barselona”nın ulduzları ilə görüşə yollandı

Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində dünya futbol ulduzları arasında yoldaşlıq görüşü baş tutacaq.

Sportinfo.az xəbər verir ki, ölkənin ən böyük stadionu olan “Boris Payçadze”də “Barselona”nın veteranları ilə Gürcüstan millisinin keçmiş üzvləri üz-üzə gələcəklər.

Şou xarakterli qarşılaşmada Kataloniya təmsilçisinin formasını Ronaldinyo, Maksvell, Edqar Davids, Xavyer Saviola kimi məşhurlar geyinəcək.

Gürcüstan yığması isə meydana azərbaycanlı futbolçulara yaxından tanış olan Şota Arveladze, Zurab Xizanişvili, Aleksandr İaşvili kimi tanınmışlarla çıxacaq.

Yeri gəlmişkən, yoldaşlıq görüşündə hazırda ölkəmizdə çalışan şəxs də iştirak edəcək. Bu, “Qəbələ”ni I Liqa çempionu edənm Kaxaber Tsxadadzedir.

Mayın 16-da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da çalınacaq və “CBC Sport” telekanalında canlı yayımlanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti