Məşhur hücumçu sabiq “Qarabağ”lılara baş məşqçi təyin olundu

7 Yanvar 2025 02:50 Hadisə 2 455
Məşhur hücumçu sabiq “Qarabağ”lılara baş məşqçi təyin olundu

Keçmiş hücumçu Robbi Kinin məşqçi kimi yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, irlandiyalı mütəxəssis Macarıstanda çalışacaq.

Kin sabiq “Qarabağ”lılar - braziliyalı vinger Kadi Borges və qanalı hücumçu Kvabena Ovusunun formasını geyindiyi "Ferentsvaroş"un baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Robbi Kinin son iş yeri İsraildə "Makkabi" olub. Tel-Əviv təmsilçisi onun rəhbərliyi altında ölkə çempionluğunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı