Məşhur hücumçu intihar etmək istəyən şəxsi fikrindən daşındırdı - VİDEO

6 Yanvar 2025 01:40 Hadisə 1 012
Məşhur hücumçu intihar etmək istəyən şəxsi fikrindən daşındırdı - VİDEO

“İnter Mayami”nin uruqvaylı ulduzu Luis Suarez təqdirəlayiq addım atıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu intihar etməyə cəhd göstərən kişini xilas edib.

Hadisə Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində baş verib.

Məlumata görə, Suarez həyat yoldaşı ilə yolda olarkən bir kişinin intihar etmək istədiyini görüb və ona yaxınlaşıb.

Futbolçu həmin şəxslə danışdıqdan sonra onu fikrindən daşındırıb.

Görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!