II Qarabağ müharibəsinə görə Ermənistanın milli qəhrəmanı həbs edildi

5 Yanvar 2025 08:20 Hadisə 1 010
II Qarabağ müharibəsinə görə Ermənistanın milli qəhrəmanı həbs edildi

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.

Onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.

Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.

Maraqlıdır ki, Xaçatryan milli qəhrəman adını müharibənin ən qızğın vaxtında, 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.

Buna səbəb Xaçatryanın Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. General dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı