Vətən müharibəsi şəhidinin qardaşı dünyaya gəldi - FOTO

3 Yanvar 2025 08:10 Hadisə 742
Vətən müharibəsi şəhidinin qardaşı dünyaya gəldi - FOTO

Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.

Şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gətirib.

1996-cı il təvəllüdlü Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.

Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

Y. Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!