Komandamız İrəvana getmədi, ermənilər Türkiyəyə hörmətsizlik etdi - VİDEO

2 Yanvar 2025 08:50 Hadisə 11 393
Komandamız İrəvana getmədi, ermənilər Türkiyəyə hörmətsizlik etdi - VİDEO

Ermənistanda hərbçilər arasında güləş üzrə dünya çempionatında Türkiyə bayrağına qarşı hörmətsizlik edilib.

Sportinfo.az xəbər verir ki, çempionatın açılış mərasimində iştirakçı ölkələrin adı elan edilərkən, erməni hərbçilər onları alqışlayıblar.

Lakin sıra Türkiyəyə gələndə, alqışı dayandırıblar.

İrəvanda keçirilən 37-ci dünya çempionatında Azərbaycan iştirak etməyib. Ermənistan Müdafiə Nazirliyinin bədən tərbiyəsi və idman xidmətinin rəisi, polkovnik Arman Davtyan bu haqda deyib.

“Beynəlxalq Hərbi İdman Şurasının tədbirlərinə dəvətlər təşkilatçı ölkə deyil, şura tərəfindən göndərilir. Azərbaycan milli komandası ərizə təqdim etməyib və Ermənistana gəlməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı