Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi

2 Yanvar 2025 08:00 Hadisə 788
Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı