Azərbaycanlı iş adamını öldürən futbolçu həbs olundu - FOTO

2 Yanvar 2025 01:20 Hadisə 1 376
Azərbaycanlı iş adamını öldürən futbolçu həbs olundu - FOTO

Rusiyada beş nəfərlə birlikdə azərbaycanlı iş adamı Səmrat Cavadovu oğurlayaraq meşədə amansızcasına qətlə yetirən Obninsk şəhərinin "Kvant"ın futbolçusu Vitali Melnikov həbs edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq, Çexov şəhər rayonundakı meşəyə aparıb və orada işgəncə verib, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Azərbaycanlı iş adamı 30 yaşlı Səmrat Ədalət oğlu Cavadov oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!