Baş məşqçi və 4 köməkçisi onları döydü, futboldan uzaqlaşdırıldılar - VİDEO

1 Yanvar 2025 03:00 Hadisə 881
Baş məşqçi və 4 köməkçisi onları döydü, futboldan uzaqlaşdırıldılar - VİDEO

PAOK-un məşqçi heyəti sərt cəzalandırılıb.

Sportinfo.az xəbər verir bu, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib.

Buna səbəb AEK-ə qarşı keçirilən ölkə kubokunun 1/4 final matçından sonra məşqçilərlə rəqib azarkeşlər arasında davadır.

Yunan mediasının yazdığına görə, PAOK-u baş məşqçisi Razvan Luçesku (Mirça Luçeskunun oğlu) və 4 köməkçisi stadionun avtoparkında AEK azarkeşlərinə hücum edərək onları döyüb. Onların komandanın avtobusuna minməsi ilə enməsi bir olub.

Luçeskunun avtobusdan düşüb azarkeşi yumruqla vurması və onun dalınca qaçması kameraya da düşüb.

Federasiyanın qərarına əsasən, məşqçilərin hər biri futboldan 4 ay uzaqlaşdırılıb, 15 min avro cərimələnib. AEK isə 10 min avro cərimə edilib.

PAOK cəzanın çox sərt olduğunu, federasiyanın bu qərarla klubu yox etməyə çalışdığını bəyan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!