Bu məşhur 3 yaşlı nəvəsinə 20 milyon dollarlıq hədiyyə aldı - VİDEO

29 Dekabr 2024 04:00 Hadisə 1 620
Bu məşhur 3 yaşlı nəvəsinə 20 milyon dollarlıq hədiyyə aldı -  VİDEO

Məşhur amerikalı boksçu Floyd Meyvezer üç yaşlı nəvəsinə 20 milyon dollar dəyərində əmlak hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, Meyvezer bu hadisəni sosial şəbəkələrdə paylaşdığı bir video ilə elan edib.

"Bir sürprizim var. Götür və təxmin etməyə çalış: sən Nyu-Yorkun ən prestijli bölgələrindən birində bir binanın sahibi olacaqsan", deyə idmançı yazıb.

Artıq Meyvezerin nəvəsinə Manhettendə, 6-cı avenyu və 47-ci küçənin kəsişməsində yerləşən bir bina məxsusdur. Bu binada ofislər, almaz birjası və gəlir gətirən reklam ekranı yerləşir.

Floyd Meyvezer boks karyerası ərzində 50 döyüşdə qələbə qazanıb, onlardan 27-si nokautla başa çatıb. O, 2017-ci ildə məşhur Konor Makqreqoru məğlub edərək yadda qalan qələbələrindən birinə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!