Üçüncü arvaddan dördüncü uşaq: Yenə qız övladı gözləyir - VİDEO

27 Dekabr 2024 02:30 Hadisə 993
Üçüncü arvaddan dördüncü uşaq: Yenə qız övladı gözləyir - VİDEO

"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar yenidən ata olacaq.

Sportinfo.az xəbər verir ki, braziliyalı ulduz sevgilisi Bruna Biankardi ilə birlikdə "İnstaqram"da bununla bağlı video yayımlayıb.

Cütlük ailələri və dostları üçün dəbdəbəli cinsiyyət öyrənmə şənliyi təşkil ediblər. Nəticədə hamı Neymarın növbəti uşağının qız olacağını öyrənib

Neymar artıq üç dəfə ata olub: 2011-ci ildə oğlu Davi Luka, 2023-cü ildə qızı Mavi, 2024-cü ildə isə Helena adlı daha bir qızı dünyaya gəlib.

Hər üç uşaq fərqli qadınlardandır. Bruna Biankardi ikinci dəfə ulduz futbolçu üçün uşaq dünyaya gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı