Azərbaycanda çempion oldular - FOTOLAR

26 Dekabr 2024 23:00 Hadisə 847
Azərbaycanda çempion oldular - FOTOLAR

Dekabrın 24-ü idman jurnalistləri “Qəsr” restoranında bir araya gəlmişdi.

Peşəkar Futbol Liqası ilin yekununa dair təşkil etdiyi tədbirdə 100-ə yaxın idman jurnalistinə dəvət göndərmişdi.

Məclisdə bizimlə yanaşı, ötən ilin məhz bu ayında Xankəndi istiqamətində ağır avtomobil qəzasına uğrayaraq sağlamlığını itirən qurumun prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyev də iştirak edirdi.

Tədbirdə məqsəd təkcə yeyib-içib, deyib-gülmək yox, həm də futbol yaddaşımızı təzələmək idi. Və bunun üçün viktorina tərtib olunmuşdu.

Komandaların adlarının vaxtilə legioner həyatı yaşamış futbolçuların çıxış etdikləri klubların adlarını daşıması maraqlı məqam kimi qarşılandı.

Təxminən 3 saatı əhatə edən yaddaş və məntiq yarışının yekununda 1-ci yer “Volın”, 2-ci pillə “Fakel”, 3-cülük “Nürnberq”ə nəsib oldu.

Qaliblərə kubokla yanaşı, pul mükafatları təqdim olundu.

Göstərilən diqqətə görə Peşəkar Futbol Liqasının rəhbərliyinə və zəhmətkeş kollektivə bir daha təşəkkür edirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı