Maradonanın saçı hərraca çıxarıldı... Onların heç biri satılmadı

26 Dekabr 2024 22:00 Hadisə 655
Maradonanın saçı hərraca çıxarıldı... Onların heç biri satılmadı

Parisdə Dieqo Armando Maradonanın saçından ibarət bir tutam, eləcə də, braziliyalı hücumçu Ronaldonun 1998-ci il dünya çempionatının finalında Fransa millisi ilə oyunda geyindiyi forma hərraca çıxarılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə də olsa, onların heç biri satılmayıb.

Maradonanın saçları üçün tender 35 min avrodan başlayıb, Ronaldonun köynəyi isə bir qədər baha, 40 min avroya qiymətləndirilib. Lakin heç kim onları almaq arzusunu ifadə etməyib.

Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib, Ronaldo isə Braziliya Futbol Federasiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!