AZAL-ın təyyarəsı qəza keçirdi, Çerçesov paylaşım etdi - FOTO

25 Dekabr 2024 22:40 Hadisə 811
AZAL-ın təyyarəsı qəza keçirdi, Çerçesov paylaşım etdi - FOTO

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasına səssiz qalmayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu haqda sosial şəbəkə hesablarında paylaşım edib.

O, dəhşətli qəzada həyatını itirənlərə görə başsağlığı verib:

“Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlərin yaxınlarına başsağlığı verirəm. Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.

Son rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.

Hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!