Azərbaycan klubunun eks müdafiəçisi transferə çıxarıldı

24 Dekabr 2024 02:20 Hadisə 625
Azərbaycan klubunun eks müdafiəçisi transferə çıxarıldı

Moskva "Ximki"si "Zirə"nin sabiq legioneri Nemanya Ancelkoviçlə yollarını ayırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Metaratings" nəşri məlumat yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.

Serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib.

Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!