Millinin baş məşqçi və böyük məşqçilərinə BÖYÜK JEST

24 Dekabr 2024 01:10 Hadisə 555
Millinin baş məşqçi və böyük məşqçilərinə BÖYÜK JEST

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən tanınmış mütəxəssis, Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasının baş məşqçisi Faiq Qarayev Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Həmçinin Azərbaycan Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev də mükafatlandırılıb. O, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edilib.

Bundan başqa, güləş üzrə qadınlardan ibarət Azərbaycan yığmasının böyük məşqçisi Rövşən Umudov da “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!