Kəlbəcərdə “Niva” aşdı, bir nəfər öldü - HADİSƏNİN FOTOsu

23 Dekabr 2024 07:10 Hadisə 604
Kəlbəcərdə “Niva” aşdı, bir nəfər öldü - HADİSƏNİN FOTOsu

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

Belə ki, rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb.

Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.

Hər iki şəxs tikinti şirkətinin işçiləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı