Qadın futbolçuların əxlaqsız davranışı gündəm oldu - VİDEO

22 Dekabr 2024 02:40 Hadisə 1 563
Qadın futbolçuların əxlaqsız davranışı gündəm oldu - VİDEO

Argentinanın “River Pleyt” və Braziliyanın “Qremio” komandaları arasında keçirilən qadınlararası Libertadores Kubokunun yarımfinal matçında qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, Braziliya komandasının qolundan sonra xoşagəlməz hadisə yaşanıb.

“River Pleyt”in futbolçusu Kandela Diaz qaradərili həmkarına meymunu təqlid edən jestlər edib. O və komanda yoldaşları rəqibi fiziki zorakılıqla hədələyiblər.

Nəticədə hakim Kandela da daxil olmaqla "River Pleyt"in 6 futbolçusuna qırmızı vərəqə göstərib. Futbol qaydalarına görə oyunda yetərsaylıq pozulduğuna görə oyun dayandırılıb.

"Qremio"ya texniki qələbə verilib və komanda turnirin finalçısı kimi elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı