COP29

Məşhur baş məşqçi 22 ildən sonra saqqalını qırxdı - FOTO

12 Dekabr 2024 21:40 Hadisə 323
Məşhur baş məşqçi 22 ildən sonra saqqalını qırxdı - FOTO

Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Cennaro Qattuzo futbol azarkeşlərini şoka salıb.

Saqqal həmişə “Milan”ın keçmiş oyunçusunun imicinin bir növ rəmzi olub. İndi o, 22 ildən sonra ilk dəfə üzünü qırxdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qattuzonun görkəmi sosial mediada hər kəsin söhbətinə çevrilib. Onlar qeyd ediblər ki, saqqalsız Qattuzodan sonra zarafatla belə deyə bilərsən:

“İndi mən hər şeyi görmüşəm”.

Qattuzonun saqqalını qırxdırmasının səbəbi məlum olub.

“Hayduk”un baş məşqçisi xeyriyyə tədbirində iştirak edib və kişilərin sağlamlıq problemləri ilə məşğul olan təşkilat üçün 10 min avro toplanmasına səy göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı