Messi Bakıda təyyarədən enəndən sonra onu görüb qucaqladı - FOTOREPORTAJ

11 Dekabr 2024 09:00 Hadisə 2 526
Messi Bakıda təyyarədən enəndən sonra onu görüb qucaqladı - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, Lionel Messi Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, argentinalı ulduzu Heydər Əliyev Beynəlxalq Aeroportunda iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı, dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar