Yenə dilini dinc saxlamadı, qovuldu - FOTO

10 Dekabr 2024 13:40 Hadisə 3 906
Yenə dilini dinc saxlamadı, qovuldu - FOTO

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev qalmaqallı hərəkəti ilə gündəmə gəlib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hakimlərlə tez-tez mübahisə edən və buna görə vərəqələrlə cəzalandırılan 41 yaşlı mütəxəssis bu dəfə ölkəsində eyni hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Hazırda lider "Krasnodar"ın baş məşqçisi olan Musayev "Lokomotiv"ə qarşı keçirilən Premyer Liqanın 18-ci turunun matçında (0:0) qırmızı vərəqə alıb.

Rusiya Futbol Federasiyasının Nəzarət-İntizam Komitəsinin sədri Artur Qriqoryants bildirib ki,

Musayev həmin matçın 90-cı dəqiqəsində köməkçi hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən mütəxəssis komitənin iclasına dəvət olunub.

M.Musayev 2021-2024-cü illərdə Bakıın "Sabah" klubunun baş məşqçisi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!