Azərbaycan millisinin eks baş məşqçisi dünyanın ən yaxşıları sırasında yer aldı

9 Dekabr 2024 13:40 Hadisə 594
Azərbaycan millisinin eks baş məşqçisi dünyanın ən yaxşıları sırasında yer aldı

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres dünya futbolunun ən yaxşı müdafiəçiləri sırasında göstərilib.

Sportinfo.az xəbər verir ki, siyahını Böyük Britaniyanın nüfuzlu "Give me Sport" nəşri tərtib edib.

2016-cı ildə dünyasını dəyişmiş keçmiş oyunçu 9-cu sırada yer alıb.

Birinci pillədə Almaniya millisinin və "Bavariya"nın əfsanəvi oyunçusu Frans Bekkenbauer qərarlaşıb.

İtaliya yığmasının və "Milan"ın sabiq üzvü Paolo Maldini ikinci, Milan təmsilçisinin digər sabiq üzvü Franko Barezi üçüncüdür.

Növbəti pillələrdə Bobbi Mur, Qaetano Şirea, Alessandro Nesta, Markos Kafu, Serxio Ramos, Karlos Alberto Torres və Fabio Kannavaro yer alıblar.

Braziliyalı Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar