Qurban Qurbanov, qardaşı və Rəşad Sadıqov premyerada - FOTOLAR

9 Dekabr 2024 02:10 Hadisə 3 583
Qurban Qurbanov, qardaşı və Rəşad Sadıqov premyerada - FOTOLAR

“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin premyerası olub.

Sportinfo.az xəbər verir ki, premyera Heydər Əliyev Mərkəzində baş tutub.

Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, idmançı Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır.

Kadrarxası mətni xalq artisti Fəxrəddin Manafov səsləndirib.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun böyük qardaşı, futbol mütəxəssisi Musa Qurbanov, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da olub.

azerbaycan-atabeylerinin-premyerasi-oldu

Futbolumuzun məşhur simaları qala gecədə - Şəkillər





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!