Bakıya gəldi, bulvardan VİDEO paylaşdı: “Mənə xəbərdarlıq etmişdilər ki...”

8 Dekabr 2024 14:25 Hadisə 1 172
Bakıya gəldi, bulvardan VİDEO paylaşdı: “Mənə xəbərdarlıq etmişdilər ki...”

Qazaxıstan millisinin sabiq voleybolçusu Kristina Karapetyan Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, əsasən açıq-saçıq fotosessiyaları ilə tanınan 32 yaşlı idmançı Dənizkənarı Milli Parkdan paylaşımı ilə diqqət çəkib.

O, tədbirlərdən birinə dəvətli olduğunu bildirib. Əslən moldovalı olan, lakin birinci həyat yoldaşı erməni Dmitri Karapetyanın soyadını götürən Kristina buna görə Bakıda problem yaşamadığını bəyan edib:

“Mənə xəbərdarlıq etmişdilər ki, Azərbaycanda soyadımla bağlı çətinliklər ola bilər. Amma olmadı.

Təbəssüm, sülhsevərlik, nəzakət və hörmət insanların ürəyinə universal açardır. Yayda bura qayıtmaq istəyirəm”.

2007-ci ildə Rusiyanın gənclər, 2017-20-ci illərdə Qazaxıstanın əsas millisində oynamış Kristina sonradan voleybolçu Mixail Ustinovla ailə həyatı qurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Yanvar 20:00 Çək və bizə göndər!