Hər gün Kür çayında çimən 54 yaşlı sakin - VİDEO

8 Dekabr 2024 08:50 Hadisə 698
Hər gün Kür çayında çimən 54 yaşlı sakin - VİDEO

54 yaşlı Mingəçevir sakini Afiq Əhmədzadə demək olar ki, hər gün çay kənarına hazırlıqlı gedir.

O, əvvəl suyun temperaturunu ölçür, sonra isə çimərlik geyimində suya daxil olur.

A.Əhmədzadənin sözlərinə görə, 22 yaşından üzməklə məşğuldur:

"Hərbçi olanda soyuq su ilə aktiv təmasda olmuşam. Səhərlər hətta qarlı havada da çılpaq qaçırdım, heç vaxt xəstələnmirdim. Bir müddət bəzi səbəblərdən üzgüçülüyə fasilə vermişdim. İndi onu bərpa edirəm".

Mingəçevir sakini üzgüçülüyü idman növlərinin şahı adlandırıb:

"Oğuz, Şəki, Qəbələdən dostlarım var. Onlara demişəm ki, həmin bölgələrdə donan göllər varsa, buzu qırıb çimək və insanlar arasında bunun təbliğatını aparaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!