"Neftçi"nin tanınmış sabiq futbolçusu vəfat etdi - FOTO

6 Dekabr 2024 08:30 Hadisə 2 579
"Neftçi"nin tanınmış sabiq futbolçusu vəfat etdi - FOTO

Tanınmış futbolçu və məşqçi Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Keçmiş yarımmüdafiəçi futbol karyerası ərzində "Polad" və "Neftçi" klublarının şərəfini qoruyub. Eyni zamanda, "Termist", "Xəzər" və "Göyəzən" klublarının baş məşqçisi kimi də fəaliyyət göstərib.

Tofiq Abbasov son olaraq Rusiyanın "Dinamo" klubunun qadınlardan ibarət basketbol komandasının idman direktoru vəzifəsində çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!